Deputatın «avtoş» oğlu ilə bağlı daha bir yalanı üzə çıxdı - VİDEO

Gündəm 22 Aprel 2014 00:00 Oxunub 2777
Deputatın «avtoş» oğlu ilə bağlı daha bir yalanı üzə çıxdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aeroport yolunda avtoşluq edən maşınlar Ziya Məmmədovun oğlunun toyunda da var idi

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun dostları ilə birlikdə aeroport yolunda bahalı maşınlarla yarışa çıxması hələ də geniş müzakirə olunur. Bununla bağlı ilk videonu yayan virtualaz.org saytı bildirir ki, deputatın oğlunun idarə etdiyi 10-LZ-100 və 10-LR-100 nömrə nişanlı, «Porche» və «Nissan» markalı bahalı avtomobillərlə bağlı məsələ artıq Bakı şəhər Dövlət Yol Polisi İdarəsində araşdırılır. Lakin deputat Elton Məmmədov mətbuata açıqlamasında bildirib ki, oğlunun belə bahalı maşınları yoxdur və barəsində yazılanlar da yalandır.

avtosfer.az saytının apardığı araşdırmalar zamanı məlum olub ki, 10-LZ-100 və 10-LR-100 nömrə nişanlı avtomobillər həqiqətən də Aynar Məmmədova məxsusdur. Bu maşınlar hətta iki il bundan əvvəl Aynar Məmmədovun əmisi oğlu, yəni, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun toyundakı kortejdə də görünüb. Hətta 10-LR-100 nömrəli maşın həmin toyda bəy-gəlin maşını olub. Həmin videonu təqdim edirik. Baxıb nəticə çıxarmağa dəyər. Əgər doğrudan da bu maşın Aynar Məmmədova məxsus deyilsə, o zaman əmisi oğlu Anar Məmmədovundur. Çünki toy karvanında bu maşını Anar Məmmədov idarə edib. Hər halda, bu məsələni DYP və onun yollardakı kamera görüntüləri daha dəqiq araşdıra bilər.

Link- http://www.youtube.com/watch?v=SEjVtZ3tuCg


avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Oxucu 10 Noyabr 2014 22:55
You tubda qeyd etdiyiniz video tamamile ferqli bir insanin toy kortecidir. Hemin nomrenin ise adi chekilen shexse hech bir aidiyyati yoxdur. Deqiq olmayan melumatlar yazib ozunuzu gozden salirsiz.