Başqasının yoluna çıxdığı bəs deyil, əl-qol da atır – VİDEO

Xəbərlər 8 Sentyabr 2014 00:57 Oxunub 3404
Başqasının yoluna çıxdığı bəs deyil, əl-qol da atır – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda kobud qayda pozuntusuna yol verən sürücünün hərəkətləri təəccüb doğurur

Oxuculardan birinin Avtosfer.az saytına göndərdiyi bu videodakı mənzərə yəqin ki, çoxlarının rastlaşdığı haldır. Qara rəngli «Lexus» markalı, 10 UU 624 dövlət nömrə nişanlı avtomobilin sürücüsü qarşı yola çıxaraq düzünə hərəkət edən digər nəqliyyat vasitəsinə qəza şəraiti yaradır. Nəhəng avtomobili öz yolu ilə gedən maşının üstünə sürən sürücü bu azmış ki, həmin maşının sürücüsünə etiraz edib əl-qol da atır. Və maşını saxlayıb öz yolu ilə hərəkət edən avtomobilin sürücüsünə etirazını bildirir. Bunun bir adı var; qabaqdangəlmişlik.

Videoda diqqət çəkən məqamlardan biri də budur ki, nədənsə iri həcmli, bahalı avtomobillərin sürücüləri daha çox qayda pozurlar. Məsələn, bu videonu çəkən sürücü düzünə hərəkət edir. Qarşı yoldan gələn avtomobillər isə onun qarşısından sola dönüb təhlükə yaradırlar. Əslində isə həmin avtomobillər sola döndüyü üçün sağdan hərəkət edən nəqliyyat vasitəsini gözləməlidirlər. Yəni, qanun bunu tələb edir. Amma bu nəhəng avtomobil sürücülərinin qanuna münasibəti elə bu kadrlardan açıq-aydın görünür.

Sözardı: Maşın nə qədər böyük və bahalı olsa da, onu sürən şəxs nə qədər cüssəli, nəhəng adam olsa da, yol hərəkətində mədəniyyət və təfəkkür əsas amildir. Ən əsas amil isə qanunlara hörmətdir. Qanuna hörmət özünə hörmətin göstəricisi də sayıla bilər.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh