Yük maşınları toqquşdu - Tovuzda

Qəzalar 28 Oktyabr 2016 12:34 Oxunub 1075
Yük maşınları toqquşdu - Tovuzda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Bakı-Qazax magistral yolunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb. MAZ və KamAZ markalı yük avtomobillərinin toqquşması nəticəsində MAZ-ın sürücüsü, Ağstafa rayon sakini, 1985-ci il təvəllüdlü Eşqin Məhərrəmov müxtəlif bədən xəsarətləri alıb. O, Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh