“Formula 1 jurnalistlərin gözü ilə” müsabiqəsinə start verilir

Yarışma 28 Oktyabr 2016 14:46 Oxunub 1548
“Formula 1 jurnalistlərin gözü ilə” müsabiqəsinə start verilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İştirakçılar, həmçinin qiymətli hədiyyələr və sertifikatlarla mükafatlandırılacaqlar

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) noyabrın 1-də sayca ikincisi olan “Formula 1 jurnalistlərin gözü ilə” adlı məqalə müsabiqəsinə start verir. Avtosfer.az xəbər verir ki, bu barədə BŞH-dan Oxu.Az-a verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd bu ildən etibarən Bakıda keçirilən “Formula 1” yarışına jurnalistlərin marağını cəlb etmək və bütövlükdə ölkə ictimaiyyəti arasında motoridman yarışının bu növü haqqında məlumatlılığı artırmaqdır. BŞH-nın Marketinq və Kommunikasiya üzrə rəhbəri Nigar Arpadarai jurnalistləri müsabiqədə fəal iştiraka dəvət edir: “Bu il Bakı ilk dəfə Formula 1 Avropa Qran Prisinə ev sahibliyi etmişdir və bu dünya əhəmiyyətli bir yarışı izləmək və işıqlandırmaq jurnalistlərimiz üçün nadir bir fürsət olmuşdur. Fürsətdən istifadə edərək mən bütün jurnalistləri bu müsabiqədə fəal iştirak etməyə səsləyirəm və inanıram ki, ölkə ictimaiyyəti bu məqalələr sayəsində “Formula 1” yarışına yaxından bələd olacaqlar. Bu da öz növbəsində, ölkəmizdə motoridman azarkeşlərinin sıralarını daha da genişləndirəcək”.

Dekabrın 25-dək davam edəcək müsabiqədə vətəndaşlığından asılı olmayaraq, Azərbaycanda yaşayan və ya işləyən 21 yaşını tamamlamış bütün çap və internet media nümayəndələri iştirak edə bilərlər. Müsabiqənin nəticələri 14 yanvar 2017-cü il tarixində elan olunacaq və müsabiqənin qalibi 2017-ci il “Formula 1” yarış mövsümü öncəsi Barselonada keçiriləcək sınaq yürüşlərini izləmək üçün İspaniyaya səyahət üçün bilet qazanacaq. İştirakçılar, həmçinin qiymətli hədiyyələr və sertifikatlarla mükafatlandırılacaqlar.

Məqalə müsabiqəsi haqqında daha ətraflı məlumatı bu keçiddən www.bakucitycircuit.com/az/media/xbrlr/202/formula-1-through-the-journalists-eyes əldə edə bilərsiniz. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh