"Toyota Corolla"nın riskli olduğu açıqlandı

Avtobazar 28 Oktyabr 2016 20:18 Oxunub 2332
"Toyota Corolla"nın riskli olduğu açıqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət nasaz hissəni pulsuz dəyişəcəyini bildirib

Yaponiyanın avtomobil istehsalçısı "Toyota" Çində 819 min 598 avtomobilini qüsurlu hava yastıqlarına görə geri çağırıb. Çin Keyfiyyət Nəzarət və Karantin İdarəsinin, hava yastıqlarında qüsur olan modellərin, 1 May 2007 - 23 Avqust 2013-cü il dövründə istehsal olunan "Vios", "Corolla", "Corolla Ex" və "Yaris" olduğunu açıqlayıb. İdarə müvafiq modellərdə qüsurlu hava yastıqlarında şişiricinin parçalana biləcəyini və bunun zədə riski yaradacağı üçün sözügedən modellərin geri çağırıldığını bəyan edib.

Geri çağırma əməliyyatının 30 noyabrdan etibarən etibarlı olacağı və şirkətin nasaz hissəni pulsuz dəyişəcəyi bildirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh