“Boeing” şaquli uçuş və eniş təyyarəsini patentləşdirib

Texnologiya 29 Oktyabr 2016 09:38 Oxunub 1663
“Boeing” şaquli uçuş və eniş təyyarəsini patentləşdirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
ABŞ ordusunda 2007-ci ildən patentləşdirilən təyyarənin oxşarı var

ABŞ-ın “Boeing” aviatikinti korporasiyası şaquli uçuş və eniş həyata keçirəcək sərnişin təyyarəsini patentləşdirib. Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hava gəmisinin hər qanadda iki ədəd olmaqla, həm şaquli, həm də üfüqi vəziyyətdə işləyə bilən dörd ədəd fırlanan vintli mühərriklə təchiz olunacağı gözlənilir. Şaquli mühərriklər havaya qalxmaq və eniş, üfüqi mühərriklər isə adi təyyarə uçuşu üçün istifadə olunacaq. 

Patentə əsasən laynerin sərnişin tutumu ən az 100 nəfər olacaq. Ondan regional kommersiya uçuşlarında istifadə edilməsi planlaşdırılır. Eyni zamanda təyyarə hərbi məqsədlər üçün transformasiya edilə və biznes jet kimi istifadə edilə bilər. 

Qeyd edək ki, ABŞ ordusunda 2007-ci ildən patentləşdirilən təyyarənin oxşarı var. Dünyada bu tipli yeganə olan “V-22 Osprey” konvertoplanu “Boeing” və “Bell” şirkətləri tərəfindən hazırlanıb. Saatda maksimum 500 kilometr sürət yığa bilən hava gəmisi 27 ton ağırlıq qaldırmaq gücünə malikdir. O, 24 desantçını da daşıya bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh