Ağsaqqallar belə edirsə, gənclərdən nə gözləyək - VİDEO

Xəbərlər 7 Sentyabr 2014 01:25 Oxunub 3077
Ağsaqqallar belə edirsə, gənclərdən nə gözləyək - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol qəzalarında ölüm hallarının yarıdan çoxunu piyadavurmalar təşkil edir

Son bir neçə ildə Azərbaycanda aparılan statistik araşdırmalara görə yol qəzaları zamanı ölüm faktlarının yarıdan çoxunu piyadavurmalar təşkil edir. Bu da piyadaların təyin olunmuş yerlərdən keçməməsinin nəticəsidir. O cümlədən, azyaşlı uşaqların piyada kimi yollardan düzgün istifadə etməməsi və insanların sütkanın qaranlıq vaxtında yolun hərəkət hissəsində təhlükəli hərəkəti bu cür ağır fəsadlar törədir. Qaranlığı başa düşmək olar, amma günün günorta çağı bu ağsaqqalın yolu bu cür keçməsinin səbəbini başa düşmək çətindir. Ağsaqqal belə edirsə, gənclərdən, yeniyetmələrdən nə gözləmək olar? On metr o yanda piyada keçidi ola-ola ağlı başında olan adamın yolun ortasından oppana-oppana keçməsinə nə ad vermək olar?

Videonu Avtosfer.az saytına göndərən oxucumuz qeyd edir ki, bu vətəndaşın yolun hərəkət hissəsinə qəflətən çıxması az qala qəzaya səbəb olacaqdı. Hər halda, yolu bu qaydada keçmək olmaz və buna əməl etmək həm sizin sağlamlığına xeyirdir, həm də başqalarına problem yaratmazsınız.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh