"Bədheybət" əməliyyat olunaraq insan formasına salında – FOTO+VİDEO

Maraqlı 29 Oktyabr 2016 15:00 Oxunub 12553
"Bədheybət" əməliyyat olunaraq insan formasına salında – FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Coanna 3 il sonra yenidən kameraların qarşısına çıxıb

Üzündəki şişlərə görə nə küçəyə çıxa, nə danışa, nə də yemək yeyə bilən və “Bədheybət” ləqəbi qoyulan polşalı Coanna adlı qadın üz nəqli əməliyyatı sayəsində normal həyata qayıdıb.

Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, Conanna öz ölkəsində üz nəqli əməliyyatı etdirən ikinci xəstədir. Gənc qadının üz köçürülmə əməliyyatı 23 saat davam edib. 3 il əvvəl baş tutan əməliyyatda Coannanın həkimi Adam Maciejevski hər şeyin uğurlu keçdiyini və xəstənin tezliklə normal həyata qayıda biləcəyini vurğulamışdı.

Coanna 3 il sonra yenidən kameraların qarşısına çıxıb. Qadının üzündəki dəyişiklik isə heyrət doğurur, sanki möcüzə baş verib. O, indi yaxşı danışa, nəfəs ala, yemək yeyə bilir. Ən əsas isə cəmiyyət içinə çıxmaqdan qorxmur. İnsanların qorxu və dəhşət dolu baxışlarından xilas olan Coanna özünü yaxşı hiss edir. Coanna həkimlərinin keçirdiyi mətbuat konfransında media nümayəndələri qarşısına çıxaraq uğurlu əməliyyatın nəticələri haqqında açıqlamalar verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh