Elektrikli velosiped istehsal olundu – FOTO

Texnologiya 29 Oktyabr 2016 19:00 Oxunub 3552
Elektrikli velosiped istehsal olundu – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
LED texnologiyasına sahib faralar yerləşdirilib

İtalyan velosiped markası Agnelli Bikes keçmiş ilə bu günümüzün texnologiyasını birləşdirərək qeyri-adi dizayna sahib elektrikli velosipedini yaradıb. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, elektrikli avtomobillər ilə birlikdə, elektrikli velosiped də sürətlə inkişaf edən nəqliyyat vasitələri arasındadır. Yeni velosiped italyan dizayneri Luca Agnelli tərəfindən yaradılıb. Luca Agnelli, ilk növbədə, hər kəsin ehtiyac duyacağı komponentləri bir araya gətirib. Yeni istehsal olunana velosipeddə iki təkər, pedallar və elektrik bir velosiped olduğu üçün elektrik mühərriki yerləşdirilib. Mühərrik qismində 250 watt gücündə bir modula yer verən dizayner, batareya qisimində isə Panasonic-in istehsal etdiyi modula yer verib.

Luca Agnelli Citroenin əfsanə modelləri arasında iştirak edən 2CV modelinin ön qisimini tamamilə velosipedə inteqrasiya edib. 1948 ilə 1990-cı illər arasında istehsal edilən Citroen 2CV, 42 il kimi rekord səviyyədə istehsal müddətinə sahibdir.

Agnelli Bikes markası adı altında istehsal edilən modelin adı isə 2CV Paris olaraq təyin olunmuşdur. 2CV Parisin işıqlandırma sisteminin ön və arxa qisimində LED texnologiyasına sahib faralar yerləşdirilib. Sərbəst dizaynı və tarixi ənənələri bir yerdə toplayan 2CV Paris, tam fərqli bir istifadəçi təcrübəsini kolleksiyalıq bir model olaraq istifadəçilərinə təqdim edib.

http://img.milli.az/2016/10/29/484458_02.jpg

http://img.milli.az/2016/10/29/484458_04.jpg

http://img.milli.az/2016/10/29/484458_03.jpg

http://img.milli.az/2016/10/29/484458_05.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh