“Neftçi”nin “avtoş” futbolçusu cəzalandırıldı

Gündəm 22 Aprel 2014 00:00 Oxunub 1614
“Neftçi”nin “avtoş” futbolçusu cəzalandırıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda bir sıra məsələlərə baxılıb. Adı avtoxuliqanlıqda hallandırılan “Neftçi” klubunun 7 nömrəli futbolçusu Araz Abdullayev də iclasda cəzalandırılanlar siyahısına salınıb. Futbolçu Topaz Premyer Liqasının XXXI turunun “Neftçi” – “Sumqayıt” matçındakı hərəkətinə görə cəzalandırılıb. Belə ki, oyunun 90+2-ci dəqiqəsində “Neftçi” klubunun 7 №-li futbolçusu Araz Abdullayev azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.

Qeyd edək ki, Araz Abdullayev “Avtoş” futbolçu kimi ad çıxarıb. O, ötən il yüksək sürətlə idarə etdiyi avtomobili ilə Bakıda ağır yol-nəqliyyat hadisəsi törətmiş, bir neçə nəfəri vurmuşdu.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh