Polis sürücüləri 60 manatlıq qayda pozmağa məcbur edir - FOTO

Xəbərlər 3 Noyabr 2016 15:37 Oxunub 3543
Polis sürücüləri 60 manatlıq qayda pozmağa məcbur edir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyada keçidinin yaxınlığında dayanan polis maşını problem yaradır

Mingəçevir şəhərində polis avtomobilində olan əməkdaşlar həm özləri qayda pozur, həm də həmin ərazidən keçən sürücüləri qayda pozmağa məcbur edirlər. Bu barədə Mingəçevir sakinlərindən biri Avtosfer.az-a məlumat verib. Bildirib ki, 99 AP 183 dövlət nömrə nişanlı PPX avtomobli Nərimanov küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsindən dayanıb. Avtomobildə olan polis əməkdaşları sayrışan işıqlardan istifadə etmirlər və maşından oturub söhğət elirlər. Həmin yol ikitərəfli yoldur və hər bir tərəfdə bir hərəkət zolağı var. Fotodan da göründüyü kimi, həmin yoldan keçən avtomobillər 1.1 nişanlanma xəttinin tələbini pozaraq qarşı yola çıxmalı olurlar. Bu isə onların 3 bal, 60 manat cərimə olunması deməkdir. Üstəlik, nəzərə almaq lazımdır ki, ərazidə piyada keçidi var və hərəkətdə olan avtomobillər polis maşını orada dayandığı üçün yolu keçməyə başlayan piyadaları görməyə bilərlər.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh