Təyyarə icarəyə götürüb, üzərinə "rədd ol" yazacaqlar

Maraqlı 31 Oktyabr 2016 15:37 Oxunub 1180
Təyyarə icarəyə götürüb, üzərinə "rədd ol" yazacaqlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2 il əvvəl azarkeşlər Devid Moyesə qarşı belə bir aksiya keçirmiş və nəticədə şotland mütəxəssis istefaya göndərilmişdi

İngiltərənin "Mançester Yunayted" azarkeşləri komandalarının Premyer Liqadakı uğursuzluqlarından təngə gəliblər. Son turda "Börnli"ni məğlub edə bilməyərək VIII pillədə qərarlaşmış "Mançester Yunayted"in bu uğursuzluqdan çıxması üçün baş məşqçi istefası gündəmə gəlib. 

Avtosfer.az qaynarinfo.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın azarkeşləri portuqaliyalı baş məşqçi Joze Mourinyuya qarşı aksiya üçün pul yığımına başlayıb. Belə ki, mankunianlar təyyarə icarə götürmək və onun üzərinə "Mourinyu, rədd ol" yazısı yazıb "Old Trafford" stadionunun üzərindən uçurmaq istəyirlər. Bunun üçün sosial şəbəkədə təyyarə icarəyə götürmək üçün pul yığılması elanı yerləşdirilib.

Xatırladaq ki, 2 il əvvəl azarkeşlər Devid Moyesə qarşı belə bir aksiya keçirmiş və nəticədə şotland mütəxəssis istefaya göndərilmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh