Sürücü bu vəziyyətdə avtomobili harada dayandırmalıdır? – DOĞRU CAVAB

Yarışma 1 Noyabr 2016 12:08 Oxunub 3397
Sürücü bu vəziyyətdə avtomobili harada dayandırmalıdır? – DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual dəmiryol keçidini keçmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Sürücü bu vəziyyətdə avtomobili harada dayandırmalıdır?

a) 2.5 “Dayanmadan keçmək qadağandır” nişanının qarşısında;

b) 1.3.1 “Birxətli dəmiryol” nişanının qarşısında;

c) Ən yaxın relsə 10 metr qalmış.

Sualın doğru cavabı belədir: “Yol hərəkəti haqqında” Qanunun 44-cı maddəsinin IV hissəsinə müvafiq olaraq keçiddən hərəkət qadağan olunan hallarda sürücü stop-xəttin, 2.5 nişanın və ya svetoforun yanında, bunlar olmazsa, şlaqbauma azı 5 metr qalmış, şlaqbaum olmadıqda isə birinci relsə azı 10 metr qalmış dayanmalıdır. Burada stop-xətt olmadığından sürücü   2.5 nişanın qarşısında  dayanmalıdır. Deməli, sualın doğru cavabı “A” variantı olacaq: Sürücü bu vəziyyətdə avtomobili 2.5 “Dayanmadan keçmək qadağandır” nişanının qarşısında dayandırmalıdır.

Suala ilk doğru cavabı Xalidə adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru olan 188 evakuasiya və yükdaşıma xidmətindən hədiyyə kartını əldə etmək üçün 050 246 96 97 nömrəsinə zəng etmək xahiş olunur. Digər sponsorumuz "ELİNOX" soyuducu vitrinlər və mətbəx avadanlıqlarından hədiyyəni əldə etmək üçün 055 711 00 85 nömrəsinə zəng etmək lazımdır.

Sualın daha bir sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün (Smsradar.az) 055 288 11 27 nömrəsinə zəng edin!

 

 http://avtosfer.az/upload/news/ea369f.jpg

 188 haqqında;

Biz nə bacarırıq?

- İri əşyaların yığılması və sökülməsi

- Yükün nəqliyyat qablaşdırması

- Mərtəbəyə qaldırma və pilləkənlə endirmə

- İstənilən mürəkkəblik dərəcəsinə malik yükləmə işləri

- Yükün avtomobildə bərkidilməsi

- Mebelin yerləşdirilməsi

- Nəqliyyat texnikasının idarə olunması

 - Daşınan bütün yüklər sığortalanır

188-ə zəng etmək kifayətdir.

Öyrənək, öyrədək!

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Nağı Cəbrayıllı 1 Noyabr 2016 15:03
2.5 “Dayanmadan keçmək qadağandır” nişanının qarşısında;
Esmira 1 Noyabr 2016 14:46
Keçiddən hərəkət qadağan olunan hallarda sürücü stop-xəttin, 2.5 nişanın və ya svetoforun yanında, bunlar olmazsa, şlaqbauma azı 5 metr qalmış, şlaqbaum olmadıqda isə birinci relsə azı 10 metr qalmış dayanmalıdır. Cavab A bəndi