Qatarla raket daşımaq istədi

Maraqlı 31 Oktyabr 2016 20:20 Oxunub 1173
Qatarla raket daşımaq istədi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinlərin hay-küy salması nəticəsində qatarın hərəkəti dayandırılıb və əraziyə polislər çağırılıb

Paris-London reysini həyata keçirən qatarda həyəcanlı anlar yaşanıb. Avtosfer.az xəbər verir ki, sərnişinlərdən birinin ikinci dünya müharibəsindən qalan raket başlığını qatarla daşımaq istəyi ona baha başa gəlib. Vaqondakı digər sərnişinlərin hay-küy salması nəticəsində qatarın hərəkəti dayandırılıb və əraziyə polislər çağırılıb.

Qatarda yoxlama aparan təhlükəsizlik əməkdaşları sərnişinləri ərazidən uzaqlaşdırıblar. 30 dəqiqə davam edən yoxlamadan sonra sözügedən şəxs və onun şüphəli raketi polislərin nəzarəti altında stansiyadan çıxarılıb. Asayiş keşikçiləri sözügedən raket barədə heç bir məlumat verməyiblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh