Yeni cihaz smartfona toxunmadan onu idarə etməyə imkan verəcək

Texnologiya 31 Oktyabr 2016 20:15 Oxunub 1528
Yeni cihaz smartfona toxunmadan onu idarə etməyə imkan verəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daxili akkumulyatorun şarjı “Bixi” qurğusunun 1 ay ərzində avtonom işləməsinə imkan verir

“Bluemint Labs” şirkətinin istehsalçıları tərəfindən yaradılmış “Bixi” adlı kiçikölçülü qurğu cihazları jestlərin köməyi ilə məsafədən idarə etməyə imkan verir.

Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, bəzən əlimiz yaş olsa da, mesaja cavab vermək lazım gəlir. Bir çoxlarımız bu vəziyyətlə qarşılaşmışıq. Belə halda insanlar smartfonu xarab etməmək üçün ona toxunmaq istəmir. “Bluemint Labs” şirkətinin mütəxəssisləri bu problemi həll ediblər. Onlar tərəfindən hazırlanmış “Bixi” adlı qurğunun ölçüləri 6.6x5.8 santimetr təşkil edir, qurğunun daxilində son nəsil “Gorilla Glass” şüşəsi ilə qorunan optik sensor yerləşdirilib. “Bixi” istənilən əşyaya bərkidilə bilər, bundan sonra 25 metr məsafədən 8 jestin köməyi ilə elektron cihazları idarə etmək mümkündür.

“Android” və “iOS” sistemlərində qurğu üçün mobil proqramların köməyi ilə jestləri sazlamaq və onları hərəkətlə uyğunlaşdırmaq olar. Rabitə vasitəsi kimi “Wi-Fi” və ya “Bluetooth” kanalından istifadə olunur və daxili akkumulyatorun şarjı “Bixi” qurğusunun 1 ay ərzində avtonom işləməsinə imkan verir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh