Beş yüz il bundan əvvəl dəfn olunmuş qadın cəsədi tapıldı - Çində

Maraqlı 31 Oktyabr 2016 21:10 Oxunub 1755
Beş yüz il bundan əvvəl dəfn olunmuş qadın cəsədi tapıldı - Çində
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun şəxsiyyətini müəyyənləşdirmək istiqamətində tədqiqatlar davam etdirilir

Çinin Hubey əyalətində 500 il bundan əvvəl dəfn olunmuş qadın cəsədi tapılıb. Maraqlıdır ki, onun saçı, qaşları və üzü olduğu kimi qalıb. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ming xanədanlığı dövrünə aid olan cəsədlə bərabər iki yorğan, bir yastıq və 20-yə qədər ipək paltar aşkarlanıb. Mütəxəssislərin fikrincə, cəsədin zərər görməsinin qarşısını məhz ipək paltarlar alıb.

Cəsədin saç və dişlərindən analiz götürülüb və qadının 60 yaşlarında öldüyü təxmin edilib. Onun şəxsiyyətini müəyyənləşdirmək istiqamətində tədqiqatlar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh