Dünya bu qızdan danışır: İnanılmaz bacarıq – VİDEO

Avtoreyd 2 Noyabr 2016 12:20 Oxunub 2033
Dünya bu qızdan danışır: İnanılmaz bacarıq – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir insan qolları olmadan bu qədər işi necə bacara bilər axı

ABŞ-ın Missuri ştatında yaşayan 29 yaşlı Tişa Şelton anadan qolsuz doğulub. Avtosfer.az arb tv-yə istinadən xəbər verir ki, qolsuz hər işi təkbaşına görə bilən Şelton, hətta maşın təmir edir, ev yığışdırır, qab yuyur. Onun ayaqlarından biri digərindən balacadır. Amma onu həyatda saxlayan da sözün hər mənasında ayaqlarıdır. Bu üzvlər Tişaya hər mənada əl-qol açmağa imkan yaradır. Güman ki, qolsuz doğulması səbəbindən onun ayaqları uzun illər ərzində bu cür funksionallaşıb. O, heyrətamiz işlər görür. Mətbəx işləri, yemək bişirmək, paltar yumaq və digər ev işləri Tişa üçün heç də çətinlik yaratmır. Adam çox soyuqqanlı şəkildə az qala hər işin öhdəsindən gəlir. Avtomobil təmir etməkdən tutmuş avtomobil idarə etməyə qədər.

Dəfələrlə dünya mediası ondan yazıb. İnsanlar heyran qalır. Bir insan qolları olmadan bu qədər işi necə bacara bilər axı. Tişa isə bu marağı görüb Yutub portalında bir kanal açır. "Tişa qolsuz" adlanan kanalda o öz videolarını çəkir, sonra isə onları montaj edərək paylaşır. Bəli, düz eşitdiniz, montaj edərək paylaşır. Özü edir. Qolları olmadan edir bunu. Fantastik bacarıqdır.

Bu bacarığından pul qazanmaq məqsədilə Tişa iş elanlarına da baş vurub. Amma onu bu halda görüb bir çox hallarda onu işə götürməkdən imtina ediblər. Qolsuz xanım isə deyir ki, işə götürənlər ona etibar etmir, amma o, çox yaxşı qrafik dizaynerdir və işçi kimi ümidləri doğrulda bilər. Tişa Şelton əyləncəsindən də qalmır. Dostları ilə görüşür, müxtəlif əyləncə məkanlarına gedir, istirahət edir. Bazarlığı isə heç kimə etibar eləmir. Deyir, ayağım hara, pulum da ora. Sosial mediada 2 milyondan çox izləyicisi olan Tişa dünyada bu cür problemi olanlara, ümumiyyətlə fiziki məhdudiyyətli şəxslərə çox böyük nümunə və stimuldur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh