Təyyarə istehsalına başlanılır - Geniş fyüzelajlı, uzaq mənzilli

Texnologiya 3 Noyabr 2016 16:14 Oxunub 1898
Təyyarə istehsalına başlanılır - Geniş fyüzelajlı, uzaq mənzilli
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ümumi layihəyə 12-20 milyard dollar sərmayə yatırılacaq

Rusiya və Çin müştərək təyyarə istehsalına başlayır. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, geniş fyüzelajlı, uzaq mənzilli təyyarə Şanxayda istehsal ediləcək.

Bu barədə Rusiyanın sənayə və ticarət naziri Denis Manturov Çinə baş tutan səfərinin nəticələrinə dair mətbuat konfransında məlumat verib.

Şanxayda Çinin "Comac" şirkətinin baş qərargahı yerləşir. Rusiya və Çin dövlətlərinin müştərək layihəsi 2025-2027-ci illərə qədər hazır olacaq. Layihə işləri Rusiyada baş tutacaq. Ümumi layihəyə 12-20 milyard dollar sərmayə yatırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh