Taksi sürücüsünə belə "tələ" qurdular - Ağlasığmaz qarət - VİDEO

Xəbərlər 4 Noyabr 2016 01:24 Oxunub 6224
Taksi sürücüsünə belə "tələ" qurdular - Ağlasığmaz qarət - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Taksi sürücüsü müştəriləri tərəfindən olduqca mədəni şəkildə qarət olunub

Bakıda taksi sürücüsü müştəriləri tərəfindən olduqca mədəni şəkildə qarət olunub. Maraqlı hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Gecə özünü Türkiyə vətəndaşı və Ağdam sakini kimi təqdim edən iki nəfər taksiyə əyləşib. “Sədərək” ticarət mərkəzinə gedəcəklərini bildiriblər. Onlar 15 manata razılaşdıqdan sonra avtomobilə kosmetika malları adı altında xeyli qutu yığıblar. Daha sonra həmin şəxslər sürücüdən 100 manat pul da borc alaraq, binadakı mənzilə gedib kirayə pulunu verib qayıdacaqlarını deyiblər.

Sürücü həmin şəxsləri saatlarla gözləsə də onlar gəlib çıxmayıblar. Onların gəlmədiyini görüb qutuları açan sürücü isə fırıldağın qurbanı olduğunu anlayıb. Çünkü avtomobilə yığılan qutularda kosmetik mallar əvəzinə lazımsız tullantılar olub.

Polisə məlumat verən sürücü xüsusilə də gecə işləyən həmkarlarını sayıq olmağa, yardım edərkən fırıldağın qurbanına çevrilməyə səsləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh