Bakıdakı dəhşətli qəzanın görüntüsü: sürücü şüşədən çıxdı – VİDEO

Avtoxəbər 9 Sentyabr 2014 18:06 Oxunub 4445
Bakıdakı dəhşətli qəzanın görüntüsü: sürücü şüşədən çıxdı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürət həddinin aşılması və yolayrıcının düzgün keçilməməsi ağır qəzaya səbəb oldu

Bakıda daha bir ağır yol qəzası baş verib. Avtosfer.az saytının məlumatına görə, paytaxtın mərkəzi küçələrindən birində baş vermiş bu hadisə Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəntmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınıb. Kadrlardan görünür ki, «Prado», «VAZ-2104» və «VAZ-21010» markalı avtomobillər qarşı-qarşıya yolu keçirlər. Bu zaman sağdan yüksək sürətlə hərəkət edən iki avtomobildən biri – «Hyundai Sonata» markalı avtomobil hər iki «VAZ»ı vuraraq «Prado»ya çırpır. Zərbə o qədər güclü olur ki, «04» və «010» dərhal aşır. «Hyundai»də olan sürücü və sərnişin düşüb kənara qaçsalar da, aşan maşınların içərisindəki şəxslərin oradan çıxarılması bir qədər çətin olur. Xoşbəxtlikdən onları ətrafdakı insanların köməyi ilə tez bir zamanda maşınlardan çıxarmaq mümkün olur. Ən maraqlısı isə budur ki, «04»üuuml;n sürücüsü yanı üstə aşmış avtomobilin qabaq alın şüşəsindən ayaqüstə çıxır.

Hər halda, bu kadrları diqqətlə izləmək lazımdır. Və izlədikcə də sürət həddinin aşılmasının hansı ağır nəticələrə gətirib çıxardığını görmək və dərk etmək asan olur. Bu kadrlara diqqət etdikdə o da məlum olur ki, qəzanı törədən «Hyundai» başqa bir avtomobillə ötüşür və sürəti də məhz həmin maşını ötmək üçün artırır. Bu da ötüşmənin ağır nəticəsi. 

Avtosfer.az saytı həmin qəzanın eksklüziv videosunu təqdim edir;

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

ilham 10 Noyabr 2014 22:55
Salam olsun
insan 10 Noyabr 2014 22:55
guya avtomobil saytidir, amma avtomarkalarin adi bele savadsiz yazilir: Vaz21010 olmur, 2110 olmalidir, Hyundai yazmagi oyrenin...