İlk plastik yollar inşa olunacaq

Texnologiya 5 Noyabr 2016 14:20 Oxunub 3116
İlk plastik yollar inşa olunacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu layihə xüsusi modulların hazırlanmasını nəzərdə tutur

Gələn ilin sonuna qədər Hollandiyada ilk plastik yolların inşası planlaşdırılır.  Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Qərbin sahə KİV-ləri məlumat yayıb. Bu layihənin həyata keçirilməsi KWS, “Wavin” və “Total” şirkətləri arasında imzalanan müqavilə sayəsində baş tutacaq. Söz düşmüşkən, plastik yollar konsepsiyası ötən il KWS şirkətinin mühəndisləri tərəfindən tərtib edilib. Bu layihə avtomobil yollarının inşası üçün emal olunmuş məmulatlardan xüsusi modulların hazırlanmasını nəzərdə tutur. Bu modullar asfalta analoji olan yüklənməyə dözmək iqtidarındadır. Ancaq asfalta nisbətdə bir çox üstünlüklərə malikdir. 

Misal üçün, yüngül çəkisi sayəsində onları daşımaq, bir-biri ilə birləşdirmək və lazımi vəziyyətdə uyğunlaşdırmaq çox asandır. Yolun altındakı torpaq isə daha az çökür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh