Maşın bazarında canlanma - QİYMƏTLƏR - VİDEO

Avtobazar 6 Noyabr 2016 22:50 Oxunub 2696
Maşın bazarında canlanma - QİYMƏTLƏR - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rusiya istehsalı olan avtomobillərə tələbat artıb

Bölgələrdəki bəzi maşın bazarlarında canlanma müşahidə olunur. Alıcilar əsasən Rusiya istehsalı olan avtomobillərə üstünlük verirlər. Bəzi bölgələrdə isə durğunluq yaşanır. Bərdədə yerləşən maşın bazarında son vaxtlar müəyyən dərəcədə canlanma müşahidə olunur. Alıcılar isə əsasən Rusiya istehsalı olan və qiyməti 3-5 min manat arasında dəyişən avtomobillərə üstünlük verirlər. Həm satıcılar, həm də alıcılar bu maşınların daha sərfəli olduğunu deyirlər. Satıcılar son günlərdə avtomobillərin qiymətində artım olduğunu da bildirdilər.

Gəncədəki bazarda isə durğunluq yaşanır. Lakin burada da daha çox Rusiya istehsalı olan avtomobillər satılır. Satıcılar qiymətlərin dəyişmədiyini, lakin müştəri tapmaqda da çətinlik çəkdiklərini deyirlər. Alıcılar isə əksini iddia edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh