Bu yoldan avtobus keçmir - Qoşa xətt var - VİDEO

Xəbərlər 6 Noyabr 2016 23:15 Oxunub 1573
Bu yoldan avtobus keçmir - Qoşa xətt var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Muxtarov qəsəbəsinin sakinləri avtobus problemi yaşayırlar

Səbail rayon Muxtarov qəsəbəsinin bəzi sakinləri avtobus sarıdan problem yaşayırlar. Çünkü həmin ərazidəki Bibiheybət yolunda avtobuslar sadəcə şəhərdən çıxış istiqamətində hərəkət edirlər. sakinlərin sözlərinə görə, əvvəllər bu yolda şəhər istiqamətində də avtobuslar işləyib. Ancaq bir müddət əvvəl həmin avtobusların istiqaməti dəyişdirilib. İndi isə sakinlər həmin əraziyə avtobusların buraxılmasını istəyirlər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, avtobusların Bibiheybət yolunda üzü şəhər istiqamətində hərəkət etməməsinin səbəbi Bibiheybət məscidinin yaxınlığında yolda çəkilən qoşa xətdir. Əvvəllər isə bu yolda qoşa xətt olmayıb. İndi isə həmin əraziyə avtobusların bərpası istiqamətində araşdırmalar aparılır. Qurum tərəfindən avtobusların üzü şəhər istiqamətində hərəkət etməsi üçün bütün ehtimallar nəzərdən keçirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh