Sabah havanın temperaturu 19 dərəcəyədək yüksələcək

Gündəm 7 Noyabr 2016 12:26 Oxunub 824
Sabah havanın temperaturu 19 dərəcəyədək yüksələcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
ETSN məlumat yaydı

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, sabah paytaxt və yarımadada mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 13-17° isti olacağı gözlənilir. Bakıda gecə 9-11° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir

güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh