Əsəbləşməyin; onsuz da əksər sürücülərimiz belə sürür - VİDEO

Xəbərlər 9 Sentyabr 2014 14:49 Oxunub 3533
Əsəbləşməyin; onsuz da əksər sürücülərimiz belə sürür - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda yol hərəkətinin vəziyyətini bilmək üçün bu videonu izləmək kifayətdir

Bu videoları ona görə təqdim etmirik ki, kimsə küsüb incisin, «mənim maşınımı saytda niyə vermisiz» deyib, hay-küy salsın. Videonu ona görə təqdim edirik ki, qayda pozan bu sürücülər bir anlıq özlərinə kənardan baxıb qiymət versinlər.

Təəssüf doğuran hal budur ki, sürücülərimizin yarıdan çoxu elə bu cür maşın sürür. Odur ki, heç kim yaxasını kənara çəkməsin. Vəziyyətin bu həddə gəlib çatmasında hər kəsin öz payı var. Ötmə-manevr, dönmə əməliyyatlarını düzgün yerinə yetirməyən, qəza şəraiti yaradan, sürət həddini aşan bu sürücülərə nə ad vermək olar?

Qayda pozan həmin avtomobillən dövlət nömrə nişanlarını və markalarını da təqdim edirik. İmkan olsa, özləri özlərinə kənardan diqqətlə baxsınlar.

85 CS 128 «KİA», 90 FM 687 «Hyundai», 90 SL 118 «Mersedes», 90 XJ 175 «Mersedes», 90 EG 151 yük maşını.   

 
Elməddin
ŞƏRH YAZ
Ad

E-mail

Şərh