Prokuror həmyerlisini avtomobillə vurmaqda təqsirləndirilən şəxsə cəza istəyib

Gündəm 7 Noyabr 2016 12:40 Oxunub 884
Prokuror həmyerlisini avtomobillə vurmaqda təqsirləndirilən şəxsə cəza istəyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prosesdə dövlət ittihamçısı çıxış edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həmyerlisini avtomobillə vurmaqda təqsirləndirilən Tərlan Tomarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında T.Tomarovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası noyabrın 21-nə təyin olunub.

Qeyd edək ki, Şamaxı rayonunun Çuxuryurd kəndində rayon sakini T.Tomarov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolun kənarında dayanmış kənd sakini, 1951-ci il təvəllüdlü Şövkət Seyfəddin qızı İbrahimovanı vurub. Ağır bədən xəsarətləri alan qadın hadisə yerində dünyasını dəyişib. Daha sonra T.Tomarov polis əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh