Göyərtəsində dava düşən təyyarə İtaliyada təcili eniş edib – VİDEO

Gündəm 7 Noyabr 2016 13:53 Oxunub 937
Göyərtəsində dava düşən təyyarə İtaliyada təcili eniş edib – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dava salan dörd nəfər reysdən kənarlaşdırılıb və yerli polisə təhvil verilib

“Ryanair” aviaşirkətinə məxsus təyyarə göyərtəsində düşən kütləvi dava nəticəsində İtaliyada təcili eniş edib. Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, təyyarə salonunda çəkilən video “YouTube”də yerləşdirilib. 

Belçikanın “Le Soir” qəzetinin məlumatına görə, hadisə Brüsseldən Maltaya uçan təyyarədə baş verib.

Nəşrin məlumatına görə, davada bir neçə nəfər iştirak edib, onlar Şərqi Avropadan olublar. Hadisənin şahidləri onların çox aqressiv davrandıqlarını bildiriblər. 

Bələdçilər dalaşanları ayrıa biliblər, bundan sonra pilot İtaliyanın Piza şəhərində eniş etmək qərarına gəlib. Şəhərdə dava salan dörd nəfər reysdən kənarlaşdırılıb və yerli polisə təhvil verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh