Polis azərbaycanlının “Qazel”inə 8 güllə vurdu

Gündəm 7 Noyabr 2016 15:15 Oxunub 1182
Polis azərbaycanlının “Qazel”inə 8 güllə vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Güllələrdən ikisi təkəri deşib. Biri isə “krılo”ya dəyib. Sürücü saxlanılıb

Rusiyanın Sankt-Peterburq vilayətinin Qatçinsk rayonunda ol patrul polisi 41 yaşlı Azərbaycan vətəndaşının idarə etdiyi “Qazel” avtomobilini dayandırmaq üçün silah tətbiq etməli olub. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, sürücü yol hərəkəti qaydalarını pozub qarşı hərəkət zolağına çıxdığı üçün onu “Krasnoe Selo-Qatçina-Pavlovsk” avtomobil yolunun 25-ci kilometrliyində saxlayıblar.

Yoxlama zamanı məlum olub ki, sürücünün heç bir sənədi yoxdur. Bu zaman sürücü polislərdən qaçmaq üçün qəfildən qaza basıb və yüksək sürətlə uzaqlaşıb. Patrullar onu saxlamaq üçün qonşu Puşkin rayonundan olan həmkarlarına ratsiya ilə məlumat veriblər.

Puşkin rayonunun patrul polisləri “Qazel”i saxlamaq üçün silah tətbiq edib, avtomobilə 8 güllə atılıb. Güllələrdən ikisi təkəri deşib. Biri isə “krılo”ya dəyib. Sürücü saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh