Təyyarəni qatilə görə geri qaytardılar - Azərbaycana uçan

Gündəm 7 Noyabr 2016 15:18 Oxunub 1204
Təyyarəni qatilə görə geri qaytardılar - Azərbaycana uçan
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qətldə şübhəli bilinən əslən dağıstanlı olan şəxs saxlanılıb

Rusiya DİN əməkdaşları Azərbaycana uçan təyyarəni geri qaytarıblar, səbəb isə göyərtədə qalmaqallı qətldə şübhəli bilinən qatilin göyərtədə olması idi.  Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, “Moskvanın cənubi-qərbində parkinqdə qətldə şübhəli bilinən əslən dağıstanlı olan şəxs saxlanılıb. Qətl hadisəsindən dərhal sonra o, Moskvadan Azərbaycana uçan təyyarəyə bilet alaraq təyyarəyə oturub.  Əməliyyatçılar qatili saxlamaq üçün təyyarəni geri qaytarmalı olublar”, - hüquq-mühafizə orqanlarında olan mənbə bildirib. Polis əməkdaşlarının bu addımı isə şübhəlinin xarici dövlət ərazisində saxlanmasının baş tutmaması səbəb ola bilərdi, deyə izah edilib. Qətl hadisəsi ilə əlaqədar “Güllələnmə” və “Qanunsuz silah dövriyyəsi” maddələri ilə iki cinayət işi açılıb. 

Xatırladaq ki, bu ərəfədə Moskvada “Belyayevo” TM-in yaxınlığında Mikluxo-Maklay küçəsində odlu silahdan atəş açılmış və aldığı yaralardan dünyasını dəyişmiş kişi meyiti aşkarlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh