"Nissan"ın mənfəəti azalıb – 16 faiz

Avtobazar 7 Noyabr 2016 15:37 Oxunub 1513
"Nissan"ın mənfəəti azalıb – 16 faiz
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Analitiklər isə "Nissan"ın xalis mənfəətinin 125,5 mlrd. yen, əməliyyat gəlirlərinin 154,5 mlrd. yen olacağını proqnozlaşdırırdı

Yaponiyanın "Nissan Motor Co." şirkətinin 2016-2017-ci maliyyə ilinin ikinci rübündə xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 16% azalıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bunun əsas səbəbi Yaponiyanın milli valyutası olan yenin möhkəmlənməsidir. Yaponiyanın digər avtomobil konsernləri kimi, "Nissan" əsasən pullarını ölkə xaricində qazanır, ancaq maliyyə hesabatları yen ilə aparılır. Bunun üçün də yenin güclənməsi şirkətin maliyyə göstəricilərinə neqativ təsir edir. Şirkətin məlumatında deyilir ki, iyul-sentyabr aylarında xalis mənfəəti ötənilki 172,8 mlrd. yendən 146,1 mlrd. yenə (1,4 mlrd. dollara) qədər azalıb. Şirkətin əməliyyat gəlirləri 19% azalaraq 163,9 mlrd. yenə çatıb.

Analitiklər isə "Nissan"ın xalis mənfəətinin 125,5 mlrd. yen, əməliyyat gəlirlərinin 154,5 mlrd. yen olacağını proqnozlaşdırırdı.

"Nissan"ın qiymətləndirilməsinə görə, dolların orta illik məzənnəsi 105 yen, avroya nisbətdə isə 120 yen təşkil edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh