"Bakı Kart" terminalları vətəndaşlara çətinlik yaradır: Nəzarət niyə zəifdir?

Gündəm 7 Noyabr 2016 17:06 Oxunub 1507
"Bakı Kart" terminalları vətəndaşlara çətinlik yaradır: Nəzarət niyə zəifdir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki terminalın hər ikisi vətəndaşlar üçün xeyli çətinlik yaradıb

"Bakı Kart" şirkətinə məxsus "Bakı Kart" terminaları yenə də problemsiz keçinmir. Bu gün "20 Yanvar" dairəsində dayanacaqlardan birində quraşdırılmış iki terminalın hər ikisi vətəndaşlar üçün xeyli çətinlik yaradıb. Terminaldan biri demək olar ki işləmir. Digər terminal isə dövriyyədə olan yeni, təzə qəpikləri götürür. Bir neçə dəqiqə karta pul yükləmək istəyən yaşlı kişi son anda əlində olan yeni qəpikləri başqasıyla dəyişib köhnə qəpik alıb və bundan sonra karta pul yükləyə bilib. 

Problemin nədən qaynaqlandığını və işləməyən terminallara nəzarətin niyə zəif olduğunu bilmək üçün "Bakı Kart"la əlaqə saxladıq. Əvvəlcə problemlə əlaqəli məsələnin araşdırılıb məlumat veriləcəyi deyildi. Sonradan bizimlə əlaqə saxlayan şirkət nümayəndəsi Aysel İzzətova suallarımızı Bakı Nəqliyyat Agentliyinə ünvanlamağı bildirdi.

Məsələ ilə bağlı qaynarinfo.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin İctimai Əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirdi ki, "Bakı Kart"la əlaqə saxlıyıb həmin ərazidəki terminallarda yaranmış problemi aradan qaldırılacaq: "Gün ərzində Bakı Kart terminallarında hər hansı bir problem yaranırsa və bununla bağlı müraciət daxil olursa, əməkdaşlarımız göndərilir və problem aradan qaldırılır. Qəpiyi götürməməsi texniki problemlə əlaqəli ola bilər. Yəqin ki, sistemdə nasazlıq yaranıb. Texniki nəzarət mütəmadi olaraq aparılır. Ola bilsin ki, problemlər olur və müraciət olunan kimi dərhal aradan qalıdırlır".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh