Təyyarə qəza enişi edib - Bakıda

Gündəm 7 Noyabr 2016 19:50 Oxunub 902
Təyyarə qəza enişi edib - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Yaxın günlərdə onun müalicə kursu uğurla başa çatıb və B.Edris vətəninə göndərilib"

Ötən həftə "British Airways" aviaşirkətinə məxsus və London-Dehli reysi üzrə hərəkət edən "Boeing 777" markalı təyyarəsi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qəza enişi edib. Avtosfer.az xəbər verir ki, bu barədə limanın mətbuat xidmətindən verilən məlumata görə, qəza enişinə səbəb təyyarənin göyərtəsində olan sərnişinlərdən birinin vəziyyətinin pisləşməsidir. "1953-cü il təvəllüdlü, Yunanıstan vətəndaşı Berri Edrisə (Berry Edris) Bakıda zəruri tibbi yardım göstərilib. O, Mərkəzi Gömrük Xəstəxanasında müalicə kursu keçib. Yaxın günlərdə onun müalicə kursu uğurla başa çatıb və B.Edris vətəninə göndərilib", - deyə limanın rəsmisi bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh