İşığın sönməsi problem yaratdı - Metroda

Gündəm 8 Noyabr 2016 11:44 Oxunub 918
İşığın sönməsi problem yaratdı - Metroda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Baş verən problem qısa müddətdə aradan qaldırılıb"

Bakı Metropoliteninin "20 yanvar" stansiyasında elektrik enerjisinin verilməsində problem yaranıb. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 9 radələrində baş verib.

Stansiyaya verilən elektrik enerjisində problem yarandığından stansiyaya verilən elektrik enerjisi kəsilib. Nəticədə stansiyanın turniketləri və kart yükləmə aparatları işləməyib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə faktı təsdiqləyib. O bildirib ki, baş verən problem qısa müddətdə aradan qaldırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh