Anomal istilər normaya çevriləcək

Gündəm 8 Noyabr 2016 11:46 Oxunub 1066
Anomal istilər normaya çevriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2100-cü ilədək isə Yer kürəsinin 98 faizi anomal istilərə məruz qalacaq

Hazırda qış və yay aylarındakı anomal istilər 2025-ci ilədək adi iqlim şəraitinə çevriləcək. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, bu barədə bir qrup alimin tədqiqatı “Bulletin of the American Meteorological Society” jurnalında yer alıb.

Məqalədə qeyd olunur ki, bu hal həmin dövrədək parnik qazlarının tullantısının qarşısının alınmayacağı təqdirdə baş verəcək.

Araşdırmalar onu da göstərib ki, bu vəziyyət ilk dövrlərdə bütün yer kürəsinə şamil olunmaya bilər. Alimlərin fikrincə, bu effektdən ilk növbədə Cənub yarımkürəsi – Antarktida və Avstraliya ziyan görə bilər.

Məqalədə qeyd olunur ki, 2013-cü ildə Avstraliyada qeydə alınmış 50 dərəcəyə yaxın istilər növbəti onilliklərdə normaya çevriləcək. 2100-cü ilədək isə Yer kürəsinin 98 faizi anomal istilərə məruz qalacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh