Yolun ortasında «Shagman» sürücüsünün yuxusu gəlir - VİDEO

Avtoxəbər 10 Sentyabr 2014 00:57 Oxunub 3452
Yolun ortasında «Shagman» sürücüsünün yuxusu gəlir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü hansı zolaqla gedəcəynə hələ tam qərar verməyib

«Shagman» markalı, H-020-894 dövlət nömrə nişanlı bu avtomobilin videosunu oxuculardan biri Avtosfer.az saytına göndərib. Bu kadrlara diqqətlə baxsaq bir neçə qayda pozuntusunun şahidi olarıq. Birincisi, yük avtomobili sentyabrın 8-də, saat 11:39-da Bakının ən böyük və intensiv hərəkət olan prosektində – Heydər Əliyev prospektində nə gəzir? Axı, Bakı şəhər İcra Hakimiyyəti Dövlət Yol Polisi İdarəsi ilə birlikdə qərar qəbul edib ki, ağır yük maşınları şəhərin mərkəzinə axşam saat 08:00-dan sonra buraxıla bilər. Digər tərəfdən, bu yük avtomobilinin sürücüsünün deyəsən, yuxusu gəlir. Çünki o, əslində sağ zolaqla hərəkət etməli olduğu halda, avtomobilin yarısı sağ zolaqda, yarısı isə solda – ikinci zolaqdadır. Hərəkət etdikcə nəqliyyat vasitəsi həm sağa, həm də sola keçir. Yəqin, sürücü hansı zolaqla gedəcəynə hələ tam qərar verməyib. Bu isə İnzibati Xətalar Məcəlləsinə görə, avtomobilin yolun hərəkət hissəsində düzgün yerləşdirilməməsi deməkdir. Yəni, zolaqlar üzrə düzgün hərəkət etməmək. Buna görə sürücünü 40 manat cərimə etmək olar. Günün günorta çağı şəhərin mərkəzinə niyə girməsi isə artıq, başqa məsələdir.

Hər halda, ağır yük maşınlarının şəhərdə, avtomobil yollarında bu cür hərəkətlərini gördükdə demək olar ki, bu tip maşınların iştirakı ilə hər gün ağır yol qəzası baş verməsinin səbəbini anlamaq çətin deyil.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh