Yağışlı havada sürəti aşıb uçurumdan belə düşdü - BAKIDA - VİDEO

Avtoxəbər 10 Sentyabr 2014 17:03 Oxunub 2372
Yağışlı havada sürəti aşıb uçurumdan belə düşdü  - BAKIDA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İslaq yolda sürətlə gedən «Audi» isə bardura çıxaraq ağaclara çırpılıb

Artıq payız fəslidir və bu fəsildə yağıntı çox olur. Odur ki, Avtosfer.az saytı sürücülərin diqqətinə bu videonu təqdim edərək onlara yağmurlu havada sürət həddini aşmamağa çağırır. Təqdim etdiyimiz bu kadrlar Bakının mərkəzi küçələrində baş verib. Birinci hadisə Yusif Səfərov küçəsində – Heydər Əliyev prospektinə gedən yolda baş verib. 10-cu zavod dairəsi kimi tanınan ərazidə yüksək sürətlə hərəkət edən «Mersedes» sürüşkən yolda idarəetməni itirərək tuneldən aşağı düşür.

Digər yol qəzasında isə sürətlə hərəkət edən «Audi» markalı avtomobili görürük. Burada həm də yol təsərrüfatına cavabdeh olanların da məsuliyyəti var. Çünki yağış suları axmağa yer tapmır və yolda gölməçə yaranır. Nəticdə sürətlə hərəkət edən avtomobil gölməçəyə girən kimi idarəetmədən çıxır və səkiyə dırmanır. Ardınca isə ağaclara çırpılır.

Sürücülərin diqqətinə çatdıraq ki, avtomobili gölməçələrə sürətlə salmaq olduqca təhlükəlidir. Çünki suyun təsiri avtomobilin istiqamətini dərhal dəyişir. Nəzərə alsaq ki, bəzi sürücülər avtomobili tək əllə idarə edir, o zaman qəza qaçılmazdır. Çünki həmin anda sürücü o biri əllə sükanı tutana kimi artıq avtomobil istiqamətini dəyişir. Odur ki, gəlin, avtomobilimizi mövsümə uyğun idarə edək və xüsusən də, yağmurlu havada sürüşkən yollarda sürət həddini aşmayaq.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh