Yaponların yeni dəmiryol rekordu: 603 km/saat

Texnologiya 9 Noyabr 2016 15:00 Oxunub 1728
Yaponların yeni dəmiryol rekordu: 603 km/saat
WhatsApp kanalımıza abunə ola bilərsiniz
16 vaqonlu qatar 186 kilometrlik yol boyunca min sərnişin daşıya biləcək

Avtosfer.az xəbər verir ki, bütün rekordları qıran yüksək sürətli Shinkansen dəmiryol xəttinin açılışı çox əlverişli vaxta – 1964-cü ilə təsadüf etmişdi. Həmin il yay Olimpiya Oyunları da Tokioda keçirilirdi.

2020-ci ildə Yaponiyanın paytaxtı yenidən Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Amma ölkə elə indidən yeni bir dəmiryol rekorduna imza atıb.

Maqnitoplan?

Yeni yapon maqlevi (ona maqnitoplan da deyilir) dünyada ən sürətli qatardır. Onun sürəti saatda 603 kilometrdir. Ötən il Fuci dağı yaxınlığında sınaqdan keçirilən qatar özünün bir həftə əvvəlki rekordunu qıra bilib. Əvvəlki rekord saatda 590 kilometr idi. Sürəti bundan daha az olan maqlev qatarları Çinin Şanxay və Çanqşa, Cənubi Koreyanın İnçeon şəhərlərində var. Belə qatarların həm yerdən havaya qaldırılması (bu, sürtünməni azaldır), həm də irəliyə getməsi üçün maqnit qüvvəsindən istifadə edilir.

Chuo Shinkansen maqlev xətti Tokionu cənubdakı Naqoya şəhəri ilə birləşdirəcək. Səfər cəmi 40 dəqiqə çəkəcək. Hava limanına getməyi, bütün prosedurlardan keçməyə sərf olunan vaxtı nəzərə alsaq, bu, təyyarə ilə getməkdən daha tez başa gəlir. Gələcəkdə xətti Osakaya qədər uzatmaq planları da var. 16 vaqonlu qatar 186 kilometrlik yol boyunca min sərnişin daşıya biləcək.

Maqlev xəttini quraşdıran Yapon Mərkəzi Dəmiryol Şirkətinin meneceri Tomoaki Seki deyir ki, şirkət bu texnologiyanı 1997-ci ildən bəri sınaqdan keçirir.

İstifadəyə veriləcəyi 2027-ci ilədək xətt artıq 30 illik sınaq yaşamış olacaq.

"Biz texnologiyamızı təkmilləşdirir, əməliyyat, təmir və konstruksiya xərclərini azaltmaq yollarını düşünürük", - Seki deyir. 

http://gdb.rferl.org/898199B3-B920-47CE-8929-C5ED5552E1E4_w610_r1_s.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh