Bakıda yol polisi sürücünü ələ saldı – Yaylar kəsilib, şüşələr qaradır…

Xəbərlər 14 Noyabr 2016 14:34 Oxunub 10898
Bakıda yol polisi sürücünü ələ saldı – Yaylar kəsilib, şüşələr qaradır…
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücüyə 20 manatlıq cərimə əvəzinə 40 manat yazan DYP əməkdaşları onu süründürməçiliyə salıb

Bakıda yol polisi əməkdaşının sürücüyə qarşı etdiyi hərəkətlər narazılığa səbəb olub. Bu barədə Avtosfer.az-a məlumat verən sürücü bildirib ki, noyabrın 4-də idarə etdiyi "VAZ 2107" markalı, 10 MT 987 dövlət qeydiyyat nişanlı avtomobillə 28 May küçəsində dayanma-durma qaydasını pozduğuna görə cərimə olunub. Lakin yol polisi ona 20 yox, 40 manat cərimə yazıb. Üstəlik, sonradan başqa bəhanələrlə sürücünü süründürməçiliyə salan DYP əməkdaşının bu hərəkəti vətəndaşın narazılığına səbəb olub: «Həmin ərazidə xidmət aparan YPX əməkdaşı Tağıyev İftixar Vüqar oğlu İnzibati Xətalar Məcəlləsinin 327.1 ci maddəsi ilə mənə 40 manat cərimə yazdı. Hansıki dayanma-durma qaydasını pozmağa görə İXM-nin 346.1 ci maddəsi ilə 20 manat cərimə edə bilərdi. Mənə protokol tərtib etdikdən sonra avtomobilimin arxa yaylarının kəsildiyini bildirdilər. Mən isə bildirdim ki, avtomobilin yaylarına heç bir müdaxilə olunmayıb. Mənə inanmayan YPX əməkdaşları avtomobili «Qış parkı»nın altındakı dayanacağa apararaq orada yaylara baxış keçirdilər və təsdiq etdilər ki, həqiqətən də avtomobilin yaylarına heç bir müdaxilə olunmayıb. Buna baxmayaraq, avtomobilimi Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin həyətinə apararaq bir daha baxış keçirən zaman bəhanə gətirdilər ki, avtomobilin şüşələri qaradır. Hansı ki, avtomobilin şüşələri zavod istehsalı olan şüşələrdir. Mən əməkdaşlardan tələb etdim ki, ölçmə cihazı gətirərək şüşələrin şəffaflığını yoxlasınlar. Lakin xeyli vaxt keçməsinə baxmayaraq ölçmə cihazı da gətirmədilər. Çünki bunların hamısı bəhanə idi. Onlar sadəcə mənə qarşı hörmətsizlik edərək vaxtımı alaraq süründürürdülər. Bu, sadəcə biabırçılıqdır».

Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsi həmin əməkdaşlarının bu hərəkətlərini araşdırıb müvafiq tədbir görəcək.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh