“Volkswagen” avtomobillərində nasazlıq aşkar edilib

Avtobazar 10 Noyabr 2016 22:41 Oxunub 1462
“Volkswagen” avtomobillərində nasazlıq aşkar edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nasazlıq 2,0 litr həcmli mühərrikə malik “Tiguan”larda müəyyən olunub

Rusiyanın Kaluqa şəhərindəki “Volkswagen Group Rus” zavodunun istehsal etdiyi “Tiguan” avtomobillərinin sonuncu partiyasının mühərrikində nasazlıq aşkar edilib. TASS agentliyinin yaydığı xəbərə görə, konveyerdən çıxan təxminən 400 zədəli avtomobilin 100-ü artıq alıcılara satılıb. Nasazlıq 2,0 litr həcmli mühərrikə malik “Tiguan”larda müəyyən olunub. Zavoddan agentliyə bildiriblər ki, nasaz avtomobillərin sahibləri artıq dilerlərə müraciət ediblər. Mühərriklərin Kaluqa zavodunda istehsal edilmədiyi də vurğulanır. Zədəli avtomobillərin bir hissəsi Rusiyada dilerlərə çatdırılıb, qalan hissəsi isə başqa ölkələrə göndərilib. Avtomobillərin geri qaytarılması barədə hələlik qərar qəbul edilməyib. (Azertac)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh