Ölümünə sürən avtobus sürücüsü - Bir əlində telefon, digərində isə... VİDEO

Xəbərlər 11 Noyabr 2016 23:12 Oxunub 3656
Ölümünə sürən avtobus sürücüsü - Bir əlində telefon, digərində isə... VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görüntünü elə həmin vaxt avtobusda olan sərnişinlərdən biri çəkib

Mobil telefonla danışan sürücü bir əli ilə də sürət qutusunu nizamlayır. Görüntü Bakının Yasamal rayonunda 39 saylı xəttdə hərəkət edən avtobusdakı sərnişinlərdən biri tərəfindən çəkilib. Xeyli müddət telefonla danışa-danışa avtobusu idarə edən sürücü dayanacaqlarda düşən sərnişinlərdən gediş haqqını da alır, pulun qalığını qaytarır. Sürücü geyim qaydalarını da kobud pozub. Sahibkar tərəfindən ona verilən yay uniformasını şəxsi köynəyinin üstündən geyinərək yaxasını da açıq saxlayıb. Sərnişin qadının sözlərinə görə, sürücü telefonla danışa-danışa 5-6 dayanacaq qət edib. Baxmayaraq ki, avtobusda 20-ə yaxın sərnişib olub.

Xəttin sahibi Xaliq Rəhimov məsələdən xəbərdar olduğunu həmin sürücü ilə bağlı tez-tez şikayətlər daxil olduğundan işdən çıxarıldığını dedi. Sahibkar xəttə çıxan sürücülərə hər gün mobil telefonla danışmamağı, dayanacaqdan kənar sərnişin düşürməməyi tapşırdıqlarını deyir.

Görüntünü izləyən Bakı Şəhər Dövlət Yol Poli İdarəsinin bölmə rəisi Vaqif Əsədov da sürücünün kobud qayda pozduğunu deyir. O, həmin görüntü əsasında araşdırma aparılıb həmin sürücünün cərimələnəcəyini bildirdi.

Həmin sürücü mobil telefonu əldə tutmaqla ondan istifadə etmək, hərəkət zamanı əlini sükandan çəkmək və sükan arxasında diqqəti yayındıran söhbətlərə qoşulduğuna görə cərimələnəcək. Bunlardan isə ən yüksəyi, yəni telefonla danışmağa görə 50 manat cərimə ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh