İstiqamətverici nişanların olmaması sürücüləri çaşdırır - Bakıda - VİDEO

Qaydalar 13 Noyabr 2016 09:07 Oxunub 1585
İstiqamətverici nişanların olmaması sürücüləri çaşdırır - Bakıda - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nişanın olmaması nabələd sürücülər arasında çaşqınlığa səbəb olub

Yolda istiqamət göstərən nişanın olmaması nabələd sürücülər arasında çaşqınlığa səbəb olub. Söhbət paytaxtın Nərimanov rayonu, Xətai prospektindən gedir. Bu küçənin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən üzü Heydər Əliyev, Babək prospekti və Yusif Səfərov küçəsinə doğru olan ərazisində  heç bir istiqamət göstərən nişan qoyulmayıb. Yolun ''28 may'' metrostansiyası istiqamətindən gələn hissəsində bir löhvə qoyulub. Amma nədənsə əks tərəfində, yəni Koroğlu Rəhimov küçəsindən gələrək şəhərə doğru hərəkət edən sürücülər üçün yalnız ''hava limanı'' yazılan kiçik löhvə qoyulub.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, sözügedən nişanların heç də lazım olan yerdə hamısı yoxdur. Ekspert bu nişanların olmamasının istiqamət seçməklə yanaşı başqa problemlərə də yol aça biləcəyini deyir.

Ekspert, şəhərdə bəzi yolların hərəkət sixemində dəyişiklik edildiyindən, yeni ticarət mərkəzi və böyük iaşə obyekləri tikildiyindən ildə bir dəfə həmin löhvələrin dəyişdirilməli olduğunu deyir. Buna məsul qurumlar isə Baş Dövlət Yol Polisi İdarəsi və ''Azəravtoyol'' ASC və Bakı Nəqliyyat Agentliyidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh