Bu yol sürücüləri əlavə xərcə salır - VİDEO

Xəbərlər 13 Noyabr 2016 03:09 Oxunub 1775
Bu yol sürücüləri əlavə xərcə salır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Söhbət Binəqədi rayonunda ''DSK'' adlandırılan ərazidən keçən yoldan gedir

Hər gün yüzlərlə sürücünün istifadə etdiyi yol bərbad vəziyyətdədir. Çala-çuxurla dolu bu yoldan keçdikdə avtomobillər sıradan çıxır. Bu azmış kimi, ətrafı toz-duman da bürüyür. Söhbət Binəqədi rayonunda ''DSK'' adlandırılan ərazidən keçən yoldan gedir. Problem bir neçə kilometr ərazini əhatə edir. Yoldan mütəmadi istifadə edən sürücülərin sözlərinə görə, bir neçə ildir bu hal yaşanır. Yolun belə vəziyyətdə olması sürücüləri əlavə xərcə salır. Xüsusilə də yağışlı havalarda yolda əmələ gələn gölməçələr vəziyyəti daha da ağırlaşdırır. Avtomobillər keçdikdə havaya qalxan toz isə yolun kənarındakı obyektlərin işini dözülməz edir.

Məsələ ilə bağlı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, Biləcəri-Binəqədi yolu yenidən qurulur. Artıq bu istiqamətdə işlərə də başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh