Sürətlə gəlib yaşıl işıqda dayandı, görün nə baş verdi – QƏZA VİDEOsu

Avtoxəbər 11 Sentyabr 2014 17:27 Oxunub 5470
Sürətlə gəlib yaşıl işıqda dayandı, görün nə baş verdi – QƏZA VİDEOsu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Svetoforun yaşıl işığında dayanan «Hyundai» «Prado»nun ağır zərbəsinə tuş gəldi

Bakıda baş vermiş bu yol qəzası ilk baxışdan bu təəssüratı yaradır; sürücü yol hərəkəti qaydalarını bilmir. Hər halda, bilmiş olsaydı svetoforun yaşıl işığında qəflətən dayanıb belə bir qəzanın baş verməsinə səbəb olmazdı.

Avtosfer.az-ın məlumatına görə, bu görüntülər Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınıb. Kadrlardan görünür ki, sürətlə hərəkət edən «Hyundai» markalı avtomobil svetoforun yaşıl işığında qəfil tormozlama edir. Guya, sağa dönməyə çalışır. Əslində, yol nişanı da buna icazə verir. Yəni, sürücü sağa dönə bilərdi. Amma məsələ burasındadır ki, sağa dönən adam sağ zolaqla hərəkət etməlidir. Orta zolaqla gəlib svetoforun yaşıl işığı yana-yana yolun ortasında qəfil tormoz vermək düzgün deyil. Bunun nəticəsidir ki, arxadan sürətlə gələn «Prado» qəzadan yayına bilmir toqquşma baş verir.

Əziz sürücülər, çalışın çoxzolaqlı yollarda istiqaməti əvvəlcədən müəyyən edib buna uyğun hərəkət zolağı tutun və dönmə işıqlarından vaxtında istifadə etməyə çalışın. Bu qəzadakı «Hyundai»ın sürücüsü kimi, dayanandan sonra dönmə işığını yandırmaq əksər hallarda faydasız olur.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

insan 10 Noyabr 2014 22:55
Bes yol hereketi qaydalarini Ondeki masin dayanir, bes arxadaki ara mesafesini saxlamisdimi