Rayonda 2 avtovağzal var - Lakin Bakıya avtobus tapılmır - VİDEO

Xəbərlər 13 Noyabr 2016 23:26 Oxunub 2221
Rayonda 2 avtovağzal var - Lakin Bakıya avtobus tapılmır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Üç gündür Zaqataladan Bakıya avtobus işləmir

Zaqatalada bir müddət əvvəl yeni avtovağzal tikilərək istifadəyə verilib. Sürücülərə də oradan hərəkət etmək tapşırılıb. Lakin son 4 gündür ki, avtobuslar köhnə avtovağzala qayıdıb. Sərnişin azlığından şikayət edən sahibkarlar çarəni şəhərin içərisində yerləşən avtovağzala gəlməkdə görüblər. Sərnişinlər də köhnə avtovağzala gəlməyin onlara daha rahat və sərfəli olduğunu deyirlər.

Avtobus sahiblərinin sözlərinə görə, sahibkar hansı avtovağzaldan çıxmaq istədiyini özü seçmək iqtidarındadır. Lakin əvvəl çıxdıqda və üç gün fasilədən sonra bu gün fəaliyyətlərini bərpa etdikdə köhnə avtovağzaldan çıxdıqları üçün protokol yazılıb.

Bakı Beynəlxalq Avtovağzalından da köhnə avtovağzaldan çıxan avtobusların qəbul edilməyəcəyi deyilib və özləri də nəqliyyat vasitələrinə yeni avtovağzaldan çıxması üçün sənəd verib.

Məsələ ilə bağlı avtovağzalların rəsmiləri bildirdilər ki, yaranan problemlə əlaqədar paytaxta, rəsmi quruma çağırılıblar və sabah onlarala görüşülüb müzakirələr aparılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh