"Bakıdakı "Formula-1"in Monako kimi məşhur olacağına ümid edirik"

Yarışma 14 Noyabr 2016 02:03 Oxunub 2037
"Bakıdakı "Formula-1"in Monako kimi məşhur olacağına ümid edirik"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Arif Rəhimov: "Bu il yarışları izləmək üçün ölkəyə 4 min əcnəbi gəlib"

"Formula-1" maşın sinfində avtomobil yarışları üzrə dünya çempionatının 2017-ci ildə keçiriləcək Azərbaycan mərhələsinin təşkilatçıları Bakı Qran-prisinin Monako kimi tanınmış olacağına ümid edirlər. Avtosfer.az xəbər verir ki, bunu TASS-a mərhələnin promouteri Arif Rəhmov deyib. Bakı bu mövsüm tarixində ilk dəfə olaraq "Formula-1"in Avropa Qran-prisi adlandırılan mərhələsini qəbul edib. "Bu il Qran-priyə 100 milyondan çox insan baxdı, bu şəhərin necə gözəl olduğu onlayn gördü. Bu il bizə 4 mindən çox əcnəbi gəlib, növbəti dəfə, ümid edirik ki, gələnlərin sayı artacaq", - deyə Arif Rəhimov bildirib. "Ümid edirik ki, bizim mərhələ də Monako kimi tanınmış olacaq", - deyə o əlavə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh