Ərəb dünyasına ilk dəfə elektriklə işləyən avtomobil təqdim edildi

Avtobazar 14 Noyabr 2016 15:10 Oxunub 2110
Ərəb dünyasına ilk dəfə elektriklə işləyən avtomobil təqdim edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil 650 at gücünə malikdir və saatda 320 kilometr sürətlə hərəkət edə bilər

Mərakeşdə keçirilən iqlim dəyişmələri konfransı çərçivəsində, yerli mühəndis İmad Mürşid 100 faiz ekoloji təmiz, elektrik mühərriki ilə çalışan avtomobil təqdim edib. Mərakeşdə və ərəb dünyasında ilk dəfə hazırlanmış bu tip avtomobilin adı “Jadeite”dir.

Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, mühəndis yerli mətbuata məlumat verib ki, müəllifi olduğu avtomobil 650 at gücünə malikdir və saatda 320 kilometr sürətlə hərəkət edə bilər. Bunun müqabilində avtomobilin batareyalarını tam doldurmağa 3 saat kifayətdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh