Bakıda piyada yolu zəbt edilərək dayanacağa çevrilib - VİDEO

Qaydalar 15 Noyabr 2016 00:05 Oxunub 1778
Bakıda piyada yolu zəbt edilərək dayanacağa çevrilib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəz yerlərdə 200 metrlik, bəzi yerlərdə isə hətta 700 metrlik məsafə zəbt olunub

Babək prospektində bir neçə yerdə piyada yolu zəbt edilərək dayanacağa çevrilib. Prospektdə bəz yerlərdə 200 metrlik, bəzi yerlərdə isə hətta 700 metrlik məsafə zəbt olunub. Qapısına isə qıfıl vurulub. Zəbt olunan ərazilərin birində işçilər də var idi. Amma harda işlədiyini, müdirinin adını bilməyən işçilər. Sahibkar zəngimizə cavab versə də, məsələni ictimailəşdirdiyimizi biləndə dedi ki, həmin adam deyil.

Vəziyyət aydındır. Yəqin ki, aidiyyatı qurumlar bu görüntülərdən sonra həmin sahibkarla bağlı bir tədbir görərlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh