Qayda pozub cərimələnən sürücü özünü haqlı saydı, amma... - VİDEO

Xəbərlər 15 Noyabr 2016 23:33 Oxunub 1498
Qayda pozub cərimələnən sürücü özünü haqlı saydı, amma... - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Burada mütəmadi olaraq digər avtomobillər də park edilir"

Yaqub Pakfərd dünən avtomobilini Bakıda Zərgərpalan küçəsindəki evinin qarşısındakı küçədə, yəni hər zaman saxladığı yerdə park edib. Evdən çıxdıqda isə avtomobilinin yerində olmadığını və cərimə meydançasına aparıldığını görüb. Ona bildirilib ki, avtomilini piyada səkisinin üzərində saxladığı üçün cərimə olunub.

Şikayətçi bildirir ki, həmin ərazidə heç bir qadağanedici nişan yoxdur. Üstəlik burada mütəmadi olaraq digər avtomobillər də park edilir.

Ekspert Ərşad Hüseynov isə deyir ki, həmin sürücünün cərimələnməsi tamamilə qanun çərçivəsindədir. Çünkü "Yol hərəkəti haqqında" qanun piyada səkisində avtomobilin parklanmasını qadağan edir. Yəni həmin yolun sürücünün həyətinə yaxın olması və orada heç bir nişanın olmaması heç nəyi dəyişmir.

Paytaxtın mərkəzi küçələrində bənzər parklanmaların çox olması məsələni aktuallaşdırır. Bu isə o dəməkdir ki, gün ərzində xeyli sürücünü belə cərimə gözləyə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh