Bu yolu keçmək piyadalar üçün təhlükə yaradır - VİDEO

Xəbərlər 15 Noyabr 2016 23:44 Oxunub 1324
Bu yolu keçmək piyadalar üçün təhlükə yaradır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gecə yolu keçmək sözün əsl mənasında müşkülə çevrilib

Bakı-Şamaxı yolunun 113-115-ci kilometrliyi, daha dəqiqi, Binəqədi rayonu ''Sulutəpə'' dairəsi yaxınlığında yolu keçmək piyadalar üçün təhlükə yaradır. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, gecə yolu keçmək sözün əsl mənasında müşkülə çevrilib. Sakinlərin sözlərinə görə, yolda işıqlanma da olmadığından yağışlı havada yolu keçmək olduqca təhlükəlidir.  Sözügedən yolda ən çox hərəkət edən iritutumlu yük avtomobillərini də nəzərə alsaq,vəziyyət daha da acnacaqlıdır.

Ərazidə dayanmış taksi sürücülərinin sözlərinə görə, çox vaxt yaşlı insanları və uşaqları gecə vaxtı onlar keçirir. Çəkliş apardığımız müddətdə də şahidi olduq ki, gecə ''Sulutəpə'' dairəsi yaxınlığından yolu keçmək mümkün deyil. Yolun ''Sulutəpə'' dairəsi yaxınlığından ''Hökməli'' dairəsinə qədər ərazi, Binəqədi və Abşeron rayonlarına  düşür. Sakinlərin istəyi aidiyatı qrumlardan ərazinin işıqla təmin edilməsidir.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev isə bildirdi ki,əraziyə baxış keçiriləcək və  problem aradan qaldırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh