Xanımın maşınını əzən «Shagman» sürücüsünü belə döydülər - VİDEO

Xəbərlər 11 Sentyabr 2014 13:34 Oxunub 3099
Xanımın maşınını əzən «Shagman» sürücüsünü belə döydülər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda yol hərəkəti qaydasının pozulması xırda qəzaya səbəb olub; sürücülər isə əlbəyaxa oldular

Ötən gün Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində yol hərəkəti qaydasının pozulması dava-dalaşa səbəb olub. Avtosfer.az-ın məlumatına görə, axar.az xəbər verir ki, işıqforun qırmızı işığına məhəl qoymayan 90 RA 428 dövlət nömrə nişanlı “Shagman” yük maşını manevr edərkən 90 VD 049 nömrə nişanlı “Hunday” avtomobilinə toxunub. Yük maşınının sürücüsü onunla toqquşan avtomobilin sürücüsünün xanım olduğunu görüb, qəza yerindən uzaqlaşmaq istəsə də, istəyinə nail ola bilməyib. “Shagman” sürücüsünü təqib edən zərərçəkən tikinti aparılan ərazidə onu haqlayıb. Xanım sürücü özünə qarşı kobud rəftarı gördükdən sonra həyat yoldaşını və onun dostunu hadisə yerinə çağırıb. Tərəflər arasındakı mübahisə davaya qədər qalxıb. Mübahisə və davanı əks etdirən görüntüləri təqdim edirik.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh